Ağstafada 54 yaşlı kişi qohumu tərəfindən döyüldü

HADİSƏ 02 okt 2019, 22:46

Ağstafada yerli sakin döyülərək xəsarət alıb.

 

Rayonun Köhnəqışlaq kəndində, 1965-ci il təvəllüdlü Ş.Abbasov qohumu ilə mübahisə zəminində döyülərək baş və üz nahiyəsindən xəsarət alıb. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb.

 

Həkimlər tərəfindən ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

 

Mübahisənin hansı səbəbdən baş verdiyi isə hələ ki məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top