Ermənilər Qa­zaxda ekskavato­ru atə­şə tutdu – Mülki vətəndaşımız həlak oldu

HADİSƏ 02 okt 2019, 19:49

Azərbaycan-Ermənistan dövlət sər­hə­dində təmas xəttində yer­lə­şən Döv­lət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları davam etməkdədir.

 

Döv­lət Sərhəd Xidmətindən Demokrat.az-a verilən məlumata görə, bu gün saat 16:55 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yolla­rı­nın salınması ilə məş­ğul olan ekska­vato­rumuz düşmən tərə­findən atə­şə tutul­ub. Nə­­ti­cə­də ekskavatorun sürücüsü mülki şəxs Abı­şov Səfərəli Ələkbər oğlu güllə yarası al­ıb.

 

Hadisə yerində dərhal mümkün tibbi yar­dım gös­tə­ril­mək­­lə yaralının təcili təxliyəsi təmin olunmuş, lakin görülən tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün ol­­mayıb.

 
Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurul­ub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top