Azərbaycanda məhkəmələrin qarşılaşdığı əsas problem AÇIQLANDI

HADİSƏ 01 okt 2019, 10:30

“Bu gün bizim ən böyük problemimiz ekspertizadır”.


Demokrat.az xəbər verir ki, bunu bu gün Ədliyyə Nazirliyinin və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Şəffaf və səmərəli ədalət mühakiməsi - innovativ nümunələr" adlı görüşdə Ədliyyə Nazirliyi "Elektron məhkəmə" informasiya sistemi üzrə İşçi Qrupunun rəhbəri Ramin Qurbanov bildirib.


Özəl ekspertiza mexanizminin yaradılmasının əhəmiyyətindən danışan R. Qurbanov deyib ki, cinayət işlərində ekspertiza vətəndaşda inamsızlıq yaradır: 


“Vətəndaş hakimə deyir ki, necə ola bilər, bir ekspertiza rəyi ilə məni mühakimə edirsən?! Hakim olaraq mən görürəm ki, bu, haqsızlıqdır. Göndərirəm, təkrar ekspertizaya, ekspertizadan eyni adam mənə zəng vurur. Bir də ekspertizaya göndərirəm, yenə ekspertizadan həmin adam mənə zəng vurur. Belə ola bilməz!” (Apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top