Qusarda icazəsiz ov edənlər saxlanıldı

HADİSƏ 01 okt 2019, 09:26

5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Qusar rayonu Ləyərqışlaq kəndi ərazisində icazəsiz ova cəhd edən şəxslər saxlanılıb. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, onlardan 5 ov tüfəngi və 32 patron götürülüb.

 

Araşdırma zamanı brakonyerlərin Qusar rayon sakinləri Rəşad Əlirzayev, Marif Fətiyev, Alim Yüzbəyov, Rasim Əlimuradov və Xaçmaz rayon sakini Xalid Binəliyev olduğu məlum olub.

 

Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib olunub və hər biri 1000 manat məbləğində cərimə edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top