Teymur Rəcəbov Dünya Kubokunun finalına yüksəldi

İDMAN 27 sen 2019, 19:32

Bu gün Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunda ilk finalçının adına aydınlıq gəlib.


Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov yarımfinalın ikinci görüşündə fransalı Maksim Vaşye-Laqravı məğlub edib.


Tərəflərin ilk görüşü heç-heçə bitdiyindən, finala çıxan şahmatçı Teymur olub. Onun rəqibi çinli şahmatçı olacaq. Belə ki, Dinq Liren və Yu Yanq Li bu gün də heç-heçə etdiyindən digər finalçının adına üçüncü görüşdə aydınlıq gələcək.


Bu nəticə ilə Teymur Rəcəbov şahmat tacına iddiaçılar turnirinə vəsiqə qazanıb. O, finala çıxmaqla ən azı 80 min dollara sahib çıxıb. Qalib olacağı halda isə Rəcəbova 110 min dollar veriləcək. (oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top