Kürdəmirdə avtomobil aşıb, xəsarət alan var

HADİSƏ 26 sen 2019, 09:16

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Sor-Sor kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, 99-TR-452 dövlət nömrə nişanlı, "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top