Rasim Balayev səhhəti ilə bağlı yayılan məlumatlardan DANIŞDI

HADİSƏ 25 sen 2019, 20:55

Bu gün bəzi mətbuat orqanlarında Xalq artisti Rasim Balayevin səhhətinin pisləşməsi barədə məlumat yayılıb. 


Oxu.Az-ın əməkdaşı Xalq artistinin səhhəti ilə bağlı məlumat öyrənmək üçün onunla əlaqə saxlayıb.


Rasim Balayev saytımıza açıqlamasında vəziyyətinin yaxşı olduğunu bildirib:


“Top kimiyəm”.


Qeyd edək ki, Xalq artisti keçən il bel yırtığı diaqnozu ilə müalicə almaq üçün Türkiyəyə getmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top