Teymur Rəcəbov Şəhriyar Məmmədovu Dünya Kubokundan kənarlaşdırdı

İDMAN 22 sen 2019, 22:55

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Şahmat üzrə Dünya Çempionatının 1/4 finalına çıxıb.

 

Belə ki, 1/8 finalda T.Rəcəbov digər Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovu məğlub edib.

 

Təmsilçilərimizin arasındakı hər iki partiya heç-heçə ilə nəticələnib, bundan sonra şahmatçılar münasibətlərini tay-breykdə aydınlaşdırmalı olublar. İlk iki partiyada onlardan heç biri yenə irəli çıxa bilməyib.

 

Sonuncu iki ondəqiqəlik partiyada vəziyyət dəyişib. Onlardan birincisi – Rəcəbovun ağ fiqurlarla oynadığı partiya da heç-heçə nəticələnib. Cavab oyununda isə Teymur həmyerlisinə qalib gəlib.

 

Beləliklə, T.Rəcəbov Dünya Kubokunun 1/4 finalına yüksəlib. O, tay-breykdə polşalı Yan-Kşiştof Duduya qalib gəlmiş Çin mənşəli amerikalı Ceffri Sünlə üz-üzə gələcək. (Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top