Ukraynanın tanınmış ürək üzrə uşaq cərrahları Azərbaycana səfər edəcəklər.
Bu barədə Demokrat.az-a Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.
Məlumata görə, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Avropanın anadan gəlmə Ürək Xəstəlikləri Cərrahları Birliyinin üzvü, Ukraynanın əməkdar həkimi, Səhiyyə Nazirliyinin “Uşaq Kardiologiyası və Ürək Cərrahiyyəsi Elmi və Praktik Tibb Mərkəzi”nin direktoru, professor İlya Yemetsin başçılıq etdiyi ürək üzrə uşaq cərrahları sentyabrın 20-23-də Bakıda, 23-24-də isə Naxçıvanda olacaqlar.
Səfər çərçivəsində Azərbaycan cərrahları və tibb mütəxəssiləri ilə elmi-praktik görüşlər keçiriləcək.
Ürək xəstəli uşaqları müayinə edəcəklər, ehtiyac yarandığı halda mürəkkəb cərrahiyyə əməliyyatları aparacaqlar.
Səfirlik olaraq vətəndaşlarımızı bu fürsətdən yararlanmağa çağırırıq!