Vilayət Eyvazov Seymur Quliyevə vəzifə verdi

HADİSƏ 18 sen 2019, 11:23

Daxili İşlər orqanlarında növbəti təyinat olub.


Demokrat.az-ın məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis kapitanı Seymur Quliyev Şabran rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi təyin olunub. 


Xəbəri Şabran rayon Dövlət Yol Polisi Şöbəsindən Unikal.org-a təsdiqləyiblər.


Qeyd edək ki, bir müddət öncə Gədəbəy Rayon Dövlət Yol Polisi şöbəsinin keçmiş rəisi polis kapitanı Seymur Quliyev vəzifəsindən azad edilərək sərəncama götürülmüşdü.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top