Azərbaycan Yazıçılar Birliyində sədr müavini postu ləğv ediləcək – YENİLƏNİB

HADİSƏ 12 sen 2019, 13:25

"Azərbaycan Yazıçılar Birliyində (AYB) sədr müavini ştatı ləğv olunur”. 

 

Bunu APA-ya AYB-nin təşkilati məsələlər üzrə katibi, Xalq yazıçısı Çingiz Abdullayev deyib.

 

"Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Nazim İbrahimov vəfat edəndən sonra belə qərara gəldik ki, AYB sədrinin müavini postu ləğv edilsin”, - Ç. Abdullayev vurğulayıb. 

 

O AYB-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinin təşkilatın tərkibindəki Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğluna həvalə edildiyini də diqqətə çatdırıb: "Səlim Babullaoğlu həm AYB-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, həm də Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri olacaq”. 

 

Qeyd edək ki, AYB-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri şair Abbas Abdulla bu yaxında vəfat edib. 


10.53 
 

"Çingiz müəllimin dediyinə görə, Abbas Abdulla dünyasını dəyişən kimi onun ştatı ləğv olunub".

 

Qaynarinfo xəbər verir ki, bu sözləri tanınmış tərcüməçi Sevil Gültən deyib. O, Abbas Abdulla dünyasını dəyişəndən sonra həmin vəzifədə - Beynəlxalq əlaqələr şöbəsinin müdiri işində çalışmaq üçün Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayevə müraciət edib:

 

"Abbas Abdulla AYB-da işləyirdi. Allah ona rəhmət eləsin. Beynəlxalq əlaqələr şöbəsinin müdiri idi. Bu gün Çingiz Abdullayevə deyirəm ki, nə olar, onun işini mənə verəsiniz, mən də bu hökumətdən maaş alım. Necə deyərlər "Yetim əlində qoğal əcayib?”. Çingiz müəllimin dediyinə görə, Abbas Abdulla dünyasını dəyişən kimi onun ştatı ləğv olunub. Nədənsə ləğv olunma məsələsi mənə müəmmalı göründü. Onun işini könüllü olaraq Səlim Babullaoğlu icra edəcək. Burdan Çingiz müəllimə ünvanlayıram sözümü: Səlim Babullaoğlunun AYB–də başqa bir işi var axı. O işi tapşırın mənə, könüllü işləyim. Beynəlxalq şöbənin müdiri işləyən şəxs heç olmasa beynəlxalq dil olan ingilis dilini bilməldir. Səlim Babullaoğlu ingilis dilini bilirmi? Yoxsa bu şöbədə işləmək üçün ingilis dili bilənə yox, bir əldə dörd qarpız tutmağı bacaranlara üstünlük verilir?”

 

Sevil Gültən sonda qeyd edib: "Görəsən rəhmətlik Nazim İbrahimovun da ştatı ləğb olunub? Ləğv olunmayıbsa, görəsən onu kim əvəz edəcək? Güman edirəm, o ştata da Səlim Babullaoğlunun dost-tanışlarınıdan birini, səfər yoldaşını təyin edərlər!”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top