Tanınmış hakimin katibi həbs edildi — Cahangir Hacıyevlə eyni kameradadır

HADİSƏ 05 sen 2019, 20:43

Bakı Ağır Cinayətlər Məhkəməsinin tanınmış hakiminin katibi həbs edilib. 


Demokrat.az "Criminal.az" saytına istinadla xəbər verir ki, uzun illər məhkəmə iclas katibi işləmiş Elman Məlikov artıq Kürdəxanı həbsxanasına göndərilib. 


O, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevlə eyni kamerada saxlanılır.


Əldə edilən ilkin məlumata görə, E.Məlikov Bakı Ağır Cinayətlər Məhkəməsinin başqa hakimi Faiq Qəniyevin icraatında baxılan ölüm işi ilə bağlı tərəflərdən birindən işi həll edəcəyini vəd verərək külli miqdarda pul alıb. Lakin işi həll etmədiyindən onun əməlinin üstü açılıb. 

 

Məsələdən xəbər tutan Ə.Abbasov və məhkəmə rəhbəri onu dərhal işdən azad edib. 


Həbsindən bir müddət əvvəl E.Məlikov Criminal.az saytına barəsində yayılan xəbərləri qarayaxma adlandırmışdı: 


"19 il məhkəmədə qüsursuz işləmişəm. Məhkəmədən isə öz istəyimlə ayrılıb başqa işə keçmişəm". 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top