Bakıda məmur iş başında öldü

HADİSƏ 05 sen 2019, 11:51

Bakıda icra hakimiyyətinin məsul işçisi iş zamanı ölüb.


Demokrat.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş vertib.


Qaradağ Rayon İcra hakimiyyətinin Lökbatan qəsəbə İcra Nümayəndəliyinin mühəndisi, 1962-ci il təvəllüdlü Sərdar Hüseynovun səhhəti iş vaxtı pisləşib. S.Hüseynov xəstəxanaya çatdırılsa da, orada ürəktutmasından ölüb.


Faktla bağlı araşdırma aparılır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top