DYP-nin Ekologiya postunun komandiri işdən çıxarıldı

HADİSƏ 04 sen 2019, 12:41

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Ekoloji nəzarət üzrə yol-patrul xidməti bölüyünün komandiri, polis polkovnik-leytenantı Fuad Mayılov tutduğu vəzifədən azad olunub.


Demokrat.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.


Nazirin digər əmri ilə Fuad Mayılov BDYPİ-nin Sumqayıt Regional Qeydiyyat-İmtahan və texniki baxış Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.


BDYPİ-dən APA-ya faktı təsdiqləyiblər. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top