Sabirabadda qatarla yük maşını toqquşdu - VİDEO

HADİSƏ 04 sen 2019, 09:50

Şirvan şəhərindən Sabirabadın Minbaşı kəndinə gedən yolda qatarla yük maşını toqquşub.


Demokrat.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Şirvan-İmişli dəmir yolu xəttinin Minbaşı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

50-B-117-10 dövlət nömrə nişanlı yük maşını qatarla toqquşub.


Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.


Qəzanın səbəbi araşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top