“Sevilya”nın baş məşqçisindən "Qarabağ" AÇIQLAMASI

İDMAN 31 avq 2019, 08:53

"Sevilya”nın baş məşqçisi Xulen Lopetegi Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib. 


Demokrat.az xəbər verir ki, 53 yaşlı mütəxəssis A qrupunda qarşılaşacaqları rəqiblərin hər birini dərindən analiz edəcəklərini bildirib. 


Lopetegi bunun üçün vaxtlarının olduğunu söyləyib: 


"APOEL Çempionlar Liqasının son yarımfinalçısı "Ayaks"a ciddi müqavimət göstərdi. "Qarabağ" isə iki il əvvəl "Atletiko"nu Çempionlar Liqasında büdrətdi. Avropada hər bir oyun 3 xal deməkdi və biz təslim ola bilmərik. Elə rəqiblər var ki, işimizi çətinləşdirə bilərlər. Heç yerdə asan komanda yoxdu".


Qeyd edək ki, Avropa Liqasının A qrupunda "Sevilya", APOEL və "Qarabağ"dan əlavə, Lüksemburq "Düdelanj"ı da yer alıb. Qrup mərhələsinə sentyabrın 19-da start veriləcək. İlk turda "Qarabağ" "Sevilya"nı qəbul edəcək.(fanat.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top