Tərtər sakini toydan sərxoş vəziyyətdə gəlib qumbara ilə özünü PARTLATDI — RƏSMİ

HADİSƏ 30 avq 2019, 11:14

Avqustun 29-da Tərtər rayon sakini 1994-cü il təvəllüdlü Elmir Hüseynlinin yaşadığı evin həyətində sərxoş vəziyyətdə naməlum mənbədən əldə etdiyi əl qumbarasını partlatması nəticəsində aldığı xəsarətlər səbəbindən vəfat etməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında dərhal prokurorluq və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.


Demokrat.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatında deyilir. 


Qeyd olunub ki, fakta görə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.


İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.


İlkin istintaqla müəyyən edilib ki, E.Hüseynli Tərtər rayonu ərazisində keçirilən toy məclisindən sərxoş vəziyyətdə evə qayıtdıqdan sonra istintaqa məlum olmayan mənbədən əldə etdiyi əl qumbarası ilə özünü partladacağını bildirib, səs-küyə həyətə gələn qonşusu 1967-ci il təvəllüdlü Fikrət Abbasov onu özünü öldürməkdən çəkindirmək üçün yaxınlaşarkən E.Hüseynli əl qumbarasını partladıb, hadisə nəticəsində Elmir Hüseynli hadisə yerində vəfat edib, F.Abbasov isə ağır dərəcəli bədən xəsarətləri alaraq Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.


Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top