“Xətai” metrostansiyası açılışa hazırlanarkən ağaclar necə "yoxa çıxdı"?! — FOTOLAR

HADİSƏ 30 avq 2019, 10:36

Bakının Xətai rayonu, “Xətai” metrostansiyasının yaxınlığındakı ağaclar kəsilib. 


Demokrat.az xəbər verir ki, ərazidəki ağaclara qarşı növbəti dəfə "yaşıl soyqırım" həyata keçirilib. 


Hazırda sözügedən metrostansiyada təmir-bərpa işləri artıq yekunlaşmaq üzrədir. Stansiyanın bir neçə günə açılışı planlaşdırılır. Açılış mərasiminə ölkə rəhbərliyinin də qatılacağı istisna deyil. Ancaq bu ərəfədə "təmizlik" adı altında yerli İcra Hakimiyyəti əməkdaşları tərəfindən ağaclar məhv edilib. 


Təqdim etdiyimiz fotolarda da ağacların kəsildiyi görünür (Ekofakt). 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top