Tərtərdə PARTLAYIŞ: Ölən və yaralanan var — SON DƏQİQƏ

HADİSƏ 29 avq 2019, 18:42

Tərtər rayonunda hərbi sursat partlayıb.


Demokrat.az xəbər verir ki, yerli sakinlərin verdiyi məlumata görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. 


Əl qumbarasının partlaması nəticəsində bir nəfər ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Yaralı Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Ölən və yaralı şəxslərin hələlik şəxsiyyəti məlum deyil.


Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top