Rusiyadakı Azərbaycan diasporunun İkinci Forumu keçiriləcək

HADİSƏ 29 avq 2019, 19:01

Oktyabrın 12-də Moskva şəhərində yerləşən "Prezident Otel"də Rusiya Azərbaycanlıları İttifaqı (RAİ) tərəfindən "Azərbaycan diasporu qloballaşan dünyada: mövcud vəziyyət və inkişafın perspektivləri" mövzusunda İkinci Forum keçiriləcək. 


Bu barədə Demokrat.az-a RAİ-nin mətbuat xidmətindən məlumat verilib. 


Forumda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulub:


- Azərbaycan diasporu: müasir çağırışlar və sistemli fəaliyyətin təşkili 


- Rusiyadakı Azərbaycan diasporu və Rusiya – Azərbaycan əlaqələri


- Azərbaycan diasporu dövlətlərarası münasibətlərdə amil kimi 


- Azərbaycan diasporunun Azərbaycan dövlətilə əməkdaşlığı 


- Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə ekspert rəyi 


- Yerlərdəki Azərbaycan diaspor təşkilatlarının yerli idarəetmə orqanları ilə qarşılıqlı əməkdaşlığı


- KİV in və sosial medianın azərbaycan diasporunun müasir əlaqə mühitindəki rolu


- Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan diasporunun diqqət mərkəzində 


- Lobbizm və diaspora 


- RAİ nin 2020 ci il üçün iş planı


Forumun əsas məqsədi ümummilli birliyi qorumaq və dəstəkləmək naminə əsas dəyərlər ətrafında Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının səylərini birləşdirmək və Rusiyadakı Azərbaycan diasporunun inkişaf strategiyasının hazırlanmasında vətəndaş cəmiyyəti instiutlarının iştirakını təmin etməkdir.


Forumda Rusiyanın və Azərbaycanın dövlət rəsmiləri, MDB, Avropa və Yaxın Şərq ölkələrinin elm və yaradıcı adamları, Rusiyadakı daspor təşkilatlarının rəhbər üzvlərinin iştirakı gözlənilir.


Forum bitdikdən sonra Prezident otelin kinokonsert zalında Azərbaycanın müstəqillik gününün 28-ci ildönümünə həsr edilmiş konsert təşkil ediləcək.


Forumda iştirak üçün aşağıda göstərilmiş link üzrə 15 sentyabr 2019-cu il tarixinə qədər elektron qeydiyyatdan keçməyiniz xahiş olunur(www.raisar.org/forum2az).


Əgər Siz Forumda məruzə ilə çıxış etmək istəyirsinizsə, xahiş edirik ki, bu haqda təşkilatçılara 20 sentyabr tarixinə qədər müraciət edəsiniz. Aşağıda əlaqə telefonları göstərilib. 

[email protected] ünvanına 20 sentyabr tarixinə qədər məruzənizin göndərilməsi vacibdir.


Forum haqqında daha ətraflı məlumat üçün bu nömrəyə zəng edə bilərsiniz


+7 (495) 781-40-12 Kristina, +7(968) 588-00-00 Anar


Tədbirin təşkilatçıları Rusiya Azərbaycanlıları İttifaqı və Ümumdünya Azərbaycan Mədəniyyət Fondudur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top