Türk futbolçu üçün fantastik transfer TƏKLİFİ

İDMAN 29 avq 2019, 19:20

"Milan" "Yuventus"un bu yay transfer etdiyi Merih Demiralı heyətinə qatmaqda israr edir.


Demokrat.az xəbər verir ki, A Seriyası təmsilçisi Türkiyə millisinin üzvü üçün 30 milyon avroluq təklifini 45 milyon avroya qaldırıb. Amma "Yuventus" 21 yaşlı stoperi heyətində saxlamaq niyyətindədi.


Turin klubu Demiralı 45 milyon avroya satsa, o, Türkiyə futbol tarixinin ən bahalı futbolçusu olacaq. Hələlik ən bahalı türk futbolçu Arda Turandı. 


O, "Atletiko"dan "Barselona"ya 41 milyon avroya transfer olunmuşdu.


Qeyd edək ki, "Yuventus" Merihi bu yay "Sassuolo"dan 18 milyon avroya alıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top