Ağsu rayonunda dağlıq ərazidə yanğın başlayıb.
Demokrat.az xəbər verir ki, Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, hadisə rayonun Xanbulaq kəndi ərazisində baş verib.
Ərazi dağlıq sahə olduğundan yanğının qarşısını qısa müddətdə almaq mümkün olmayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin helikopteri, canlı qüvvə və texnikaları cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.