Bakıda ölən pilotun ailəsində növbəti AĞIR İTKİ

HADİSƏ 28 avq 2019, 18:27

Azərbaycanın tanınmış pilotlarından olan və keçən il onkoloji xəstəlik səbəbindən vəfat edən Əsgər Hüseynovun ailəsinə növbəti ağır itki üz verib.


Demokrat.az Publika.az-a istinadan xəbər verir ki, mərhum pilotun bacısı Elmira Hüseynova vaxtsız dünyasını dəyişib. E.Hüseynova ötən gün xəstəlik səbəbindən vəfat edib.


Qeyd edək ki, əslən Zəngilan rayonundan olan Əsgər Hüseynov uzun illər Azərbaycan Hava Yollarında pilot və ekipaj komandiri kimi çalışıb. Hazırda onun 2 oğlu atalarının yolunu davam etdirir və pilot kimi fəaliyyət göstərirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top