Azərbaycanda toyda kütləvi zəhərlənmə - 21 nəfər xəstəxanalıq oldu

HADİSƏ 27 avq 2019, 22:24

Şəkidə keçirilən toy mərasimində kütləvi zəhərlənmə qeydə alınıb.

 

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Demokrat.az-a məlumat verilib.

 

Verilən məlumata görə, Şəkinin Çeşməli kəndində eyni toyda iştirak edən 21 nəfər, toy mərasimindən sonra Şəki MRX-ya müraciət ediblər.

 

Müraciət edənləri müayinə edən həkimlər onlarda dizbakterioz aşkarlayıblar.

 

Xəstələrə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top