Bakıda tanınmış jurnalisti döydülər

HADİSƏ 26 avq 2019, 13:32

Tanınmış jurnalist Zülfüqar Xeyirxəbər dünən axşam saat 19:30 radələrində öz avtomobili ilə Mərdəkandan Bakı istiqamətində hərəkət edərkən 99 AD 149 dövlət nömrə nişanlı ağ rəngli "Daewoo" markalı avtomobilin sürücüsü onun qarşısını kəsib və baş verən mübahisə zəminində jurnalistə bədən xəsarəti yetirib.


Demokrat.az xəbər verir ki, hadisə barədə Musavat.com-a məlumat verən jurnalist bildirib ki, o həmin avtomobilin sürücüsünün yetirdiyi ciddi bədən xəsarətləri ilə bağlı 3 saylı xəstəxanaya müraciət edərək, ilkin tibbi yardım alıb və daha sonra evə buraxılıb. 


Z.Xeyirxəbər hadisə ilə bağlı DİN-nin 102 qaynar xəttinə dərhal məlumat verib.


Jurnalist əməkdaşımızla söhbətində başına gələn hadisənin təfərrüatını danışıb: 


"Düzü, hadisənin səbəbi mənə də qaranlıq qaldı. Sağ zolaqda hərəkət edirdim. Sol iki zolaq boş olduğu halda arxadan uzun-uzadı siqnal verməyə, işıqları yandırıb-söndürməyə başladı. Əlimlə işarə elədim ki nə lazımdır. Sürətini artırıb sola keçdi, söyüş söydü. Dayanmağımı tələb elədi. Əhəmiyyət vermədim. Ciddi təhlükə törətməyə başladı. Dayanmağa məcbur oldum. Düşdü, yaxınlaşdı, söyüş söydü, maşından düşdüm. Vuracağını gözləmirdim, düzü,. Qəfil zərbə endirdi. Deyəsən, barmağında üzük olub. Ciddi zədələr var. Sol gözüm şişib, burnumun üstündə çapıqlar var".


Ümid edirik ki, hadisənin motivi nə olmasından asılı olmayaraq, vətəndaşa bədən xəsarəti yetirmiş sürücü tapılıb cəzalandırılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top