Bakıda fantastik qiymətə yemək — 250 qramı 1500 manat (FOTOLAR)

HADİSƏ 26 avq 2019, 12:35

Bakıdakı restoranlardan birində təklif olunan yeməklərin qiyməti "dodaq uçuqladır”.


Demokrat.az xəbər verir ki, JW Marriott Hotel Absheron otelində yerləşən "OroNero Bar & Ristorante”nin menyusunda hətta bir porsiyası 1500 manata olan yeməyə də rast gəlinir.
 

Qurmanlara təqdim edilən qara kürü, qaymaq və nehrə yağından ibarət CAVIALE-BAKU OSETRA CAVIAR yeməyini dadmaq istəyənlər nə az, nə çox düz 1520 manatlarından keçməlidirlər. Onu da bildirək ki, 1520 manata bu təamin cəmi 250 qramı verilir.
 

"OroNero Bar & Ristorante” orijinal İtalyan mətbəxi nümunələri, müxtəlif kokteyl və şərab növləri təqdim edir.
 

Restorana yalnız əvvəlcədən rezervasiya etməklə getmək mümkündür.(BakuPost)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top