Bakıda avtobuslar qarşı yola çıxaraq sərnişinləri təhlükəyə atdı - VİDEO

HADİSƏ 26 avq 2019, 10:04

Bakı şəhəri, Binəqədi rayonu ərazisində qaydaları kobud şəkildə pozan avtobus sürücüləri kameraya düşüblər.

 

Demokrat.az-ın "Report"a istinadən məlumatına görə, 99 NU 969 dövlət nömrə nişanlı və 90 OH 867 dövlət nömrə nişanlı avtobusların sürücüləri əks istiqamətə çıxaraq hərəkət ediblər.

 

Bununla da İnzibati Xətalar Məcəlləsinin 327.4 cü maddəsinin tələblərini pozublar. Bu maddəyə görə, sürücü 100 manat və 4 bal cərimə olunmalıdır. Amma cərimədən başqa sərnişinlərin həyatını təhlükəyə atan avtobus sürücüləri ilə bağlı müvafiq dövlət qurumunun zəruri tədbirlər görməsi daha vacibdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top