Bakıda oğlan sevdiyi qıza etdiyi jestə görə çırpdılar - VİDEO

HADİSƏ 25 avq 2019, 12:16

Ötən gecə Bakı şəhər Binəqədi rayo 9-cu mikrorayon ərazisində kütləvi dava-dalaş baş verib.

 

Demokrat.az Publika.az-a istinadla xəbər verir ki, Adil Məmmədov küçəsi 11 ünvanında yerləşən binanın qarşısına gələn gənc oğlan həmin binada yaşayan sevdiyi qızı təsirləndirmək üçün fişəng atıb. Bunu görən bina sakinləri onu əhatəyə alaraq döyməyə başlayıb. 

 

Hadisə yerinə yaxınlıqdakı 7-ci Polis Şöbəsinin əməkdaşları gəlib və tərəfləri ayırmağa çalışıb.

 

Baş vermiş hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Həmin videonu təqdim edirik. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top