Bakıda əcnəbini döyüb pulunu və mobil telefonunu aldılar

HADİSƏ 22 avq 2019, 23:10

Avqustun 15-də saat 1 radələrində 2 naməlum şəxs Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində əcnəbi vətəndaşı döyüb 70 manat pulunu və mobil telefonunu alıblar.

 

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Y.Heydərov və əvvəllər məhkum olunmuş Y.Novruzov saxlanılıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top