ABŞ şirkəti Azərbaycanın qızıl yataqlarındakı payını satır

İQTİSADİYYAT 21 avq 2019, 23:22

ABŞ-ın “R.V. İnvestment Group Services, LLC” şirkəti Azərbaycanın qızıl yataqlarındakı payını satacaq.

 

İqtisadiyyat Nazirliyinin bununla əlaqədar Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə ABŞ-ın “R.V. İnvestment Group Services, LLC” şirkəti arasında bağlanmış “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş üzrə “R.V. İnvestment Group Services, LLC” şirkətinə məxsus payların alqı-satqı üsulunun müəyyən edilməsi və həyata keçirilməsi ilə bağlı məsləhət xidmətinin satın alınmasına dair elan etdiyi tenderin nəticəsi açıqlanıb.

 

Tenderin qalibi "OMNİ" Qapalı Səhmdar Cəmiyyəti (QSC) olub.

 

Bağlanmış müqaviləyə əsasən, İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə ABŞ-ın “R.V. İnvestment Group Services, LLC” şirkəti arasında bağlanmış “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş üzrə “R.V. İnvestment Group Services, LLC” şirkətinə məxsus payların alqı-satqı üsulunun müəyyən edilməsi və həyata keçirilməsi ilə bağlı məsləhət xidməti üçün "OMNİ" QSC-nə 265 min manat ödəyəcək.(APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top