Generalın bacısı oğluna vəzifə verildi — FOTO

HADİSƏ 20 avq 2019, 10:57

Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə yeni rəis təyin olunub.


Demokrat.az-ın azvision.az -a istinadən məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Nizami rayon Polis İdarəsinin rəisi vəzifəsinə polis polkovnik-leytenatı Samir Həsənov təyinat alıb.


Samir Həsənov yeni təyinatadək Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin rəisi olub. O, Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərovun bacısı oğludur. 


Xatırladaq ki, bundan əvvəl Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin rəisi olmuş polis polkovniki Ədalət Sadıqov may ayında vəzifəsindən kənarlaşdırılaraq sərəncama götürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top