Bakıda məşhur marketdə yanğın baş verdi - VİDEO

HADİSƏ 20 avq 2019, 09:41

Binəqədi rayonu 9 mikrorayon ərazisində Mircəlal Paşayev küçəsində yerləşən “Favorit” marketdə yanğın hadisəsi baş verib.

 

Demokrat.az APA-ya istinadla xəbər verir ki, yanğın nəticəsində əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə bölməsinin 4 briqadası cəlb olunub. 

 

Binəqədi rayon Polis İdarəsinin və mühafizə polisinin əməkdaşları da hadisə yerindədir.

 

Yanğın marketin anbarında baş verib. Anbardan malları çıxararkən mühafizə polisinin bir əməkdaşı - Elnur Niftəliyev tüstüdən zəhərlənib. O, dərhal 1 saylı şəhər xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilib.

 

Marketin rəhbərliyindən APA-ya verilən ilkin məlumata görə, yanğının baş verməsinə səbəb anbarda elektrik naqillərində yaranmış qısaqapanma olub.

 

Yanğın FHN-in yanğından mühafizə bölməsi tərəfindən tam söndürülüb.

 

Faktla bağlı araşdırma aparılır. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top