Daxili İşlər naziri yeni rəis təyin etdi

HADİSƏ 19 avq 2019, 19:58

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Göygöl rayonuna yeni rəis təyin edib.

 

Nazirin əmri ilə rayon Polis şöbəsinin rəisi vəzifəsinə polis polkovniki Müqalib Abdiyev gətirilib.

 

M.Abdiyev Gəncə Şəhər Baş Polis İdarəsində əməliyyat işləri üzrə birinci müavin kimi çalışıb. 

 

Qeyd edək ki, buna qədər həmin vəzifədə Mirnemət Mirbabayev çalışıb. O, iki il bu vəzifəni icra edib. (Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top