Bakıda taksi sürücüsü yol polisinin qarşısında "avtoş"luq etdi - VİDEO

HADİSƏ 18 avq 2019, 21:05

Bakıda taksi sürücülərinin hol-hərəkəti qaydalarını kobud şəkildə pozması adi hala çevrilib.

 

Demokrat.az publika.az-a istinadən xəbər verir ki, bu dəfə Sabunçu rayonu Zabrat qəsəbəsi rəazisində "Lada Priora" markalı avtomobilin yolda avtoxuliqanlıq etməsinin görüntüləri yayılıb. Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olan taksi işarəsi vurulmuş qara rəngli avtomobil yoldakı digər avtomobillərə təhlükəli vəziyyət yaradaraq sərt manevrlər edib. Yüksək sürətlə hərəkət edən "Lada Priora" yol polisi avtomobilinin qarşısından keçərək uzaqlaşıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top