İcra başçısı hesabat yığıncağı keçirdi — FOTOLAR

HADİSƏ 16 avq 2019, 11:21

Abşeron rayonunun 2019-cu ilin altı ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzəifələrə həsr olunmuş şura iclası keçirilib. 


Demokrat.az xəbər verir ki, iclası giriş sözü ilə açan Abşeron rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədova Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verib. 


Bildirilib ki, respublikada əldə olunan uğurlar hər bir bölgədə olduğu kimi, Abşeron rayonunda da sosial-iqtisadi inkişaf təmin edilib, abadlıq və quruculu tədbirləri davam etdirilib.


Qeyd edilib ki, hesabat dövründə əhalinin elektrik enerjisi, içməli su, kanalizasiya, təbii qazla təchizatı, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 fevral tarixli Sərəncamına əsasən ayrılmış vəsait hesabına Xırdalan şəhərində 6 çoxmənzilli yaşayış binasında 27 istismara yararsız liftin təmirinə başlanılıb, 13 liftin təmiri işləri başa çatdırılıb, hazırda işlər davam etdirilir. 
Xırdalan şəhərində binalar arasında nümunəvi məhəllələrin, parkların yaradılması istiqamətində bir sıra işlər görülüb. Rayon İcra Hakimiyyətinin, Xırdalan şəhər nümayəndəliyinin yaxınlığında, eyni zamanda Rəşid Behbudov küçəsində 3 istirahət pak salınıb. 


2019-cu ilin ötən dövrü ərzində rayonun daxili imkanları hesabına yol infrastrukturunun bərpası və inkişaf etdirilməsi məqsədilə rayonun yaşayış məntəqələrində daxili yollara 8730 kub metr çınqıl tökülərək yayılıb, 20280 kvadratmetr sahə asfaltlanıb, 2400 pm səki daşı düzülüb.


Ötən illərdə olduğu kimi cari ilin birinci yarısında da ekoloji tarazlığın qorunması və yaşıllıqların artırılması daim diqqət mərkəzində saxlanılıb. Cari ilin ötən müddəti ərzində rayonun yaşayış məntəqələrində 10 minə qədər şam, sərv, xan çinar və digər növ ağaclar əkilib.


2019-cu ilin altı ayı ərzində Rayon Sukanal idarələri tərəfindən rayonun yaşayış məntəqələrində müxtəlif diametrli borularla 4453 p/m uzunluqda yeni içməli su, Xırdalan, Masazır və digər ərazilərdə ümumilikdə 8250 p/m uzunluqda kanalizasiya xətləri çəkilib. 


Qeyd olunub ki, Xırdalan şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı 2017-ci ilin iyul ayından başlanılan işlər davam etdirilib, bugünə qədər 147.5 km uzunluğunda içməli su, 77 km uzunluğunda kanalizasiya xətti çəkilib, 373 ədəd yanğın hidrantı quraşdırılıb, 21659 ev birləşməsi verilərək 7640 sayğac quraşdırılıb. Ümumi nəzərdə tutulmuş işin 80 faizə qədəri icra olunub. Podratçı təşkilatlar tərəfindən qazılmış yerlərə 285 min kv.metr asfalt vurulub. 


Ötən altı ay ərzində rayonda sahibkarlığın inkişafı, əhalinin maddi rifahının yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi, onların sosial problemlərinin həlli məsələləri rayon İcra hakimiyyəti başçısı aparatının daim diqqət mərkəzində saxlanılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin məşğulluğunun artırılması məqsədilə Abşeron rayonu üzrə 770 yeni iş yeri yaradılıb. Bu il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon ərazisində fəaliyyət göstərən sahibkarlara 16 investisiya layihəsi üçün 21 milyon manat güzəştli kredit verilib ki, həyata keçiriləcək bu layihələr üzrə 260 yeni iş yerinin yaradılması nəzərdə tutulur.


Rayonda sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli şəraitin nəticəsi olaraq, hazırda Saray qəsəbəsində istehsal gücü il ərzində beş min ədəd alüminium tərkibli istilik radiatorları istehsalı zavodunun, Məmmədli kəndində istehsal gücü il ərzində 50 min ton olan sinklənmiş polad vərəqə istehsalı, illik istehsal gücü 3 min ton olan istixana örtükləri istehsalı və aylıq istehsal gücü 560 ton olan qənnadı məhsulları istehsalı müəssisələrinin, Xırdalanda illik istehsal gücü 8,4 min ton olan metal neft-qaz xətləri aksesuarlarının istehsalı müəssisəsinin və illik istehsal gücü 1,5 ton olan quru süd zavodunun, Mehdiabadda illik istehsal gücü 2640 ton olan qida məhsulları istehsal müəssisəsinin, Aşağı Güzdək qəsəbəsində illik istehsal gücü 25 min kv.metr parket, 20 min metr plintus, 600 ədəd qapı, 600 kv.metr pəncərə istehsalı müəssisəsinin və illik istehsal gücü 216 min kv. metr keramit, 360 min kv. metr üzlük, 9 milyon ədəd üzlük kərpic, 189 min kv. metr keramit döşəmə və s. tikinti materiallarının istehsalı müəssisəsinin, Novxanıda “Bakı Praqa Export” MMC tərəfindən yeni pivə istehsalı zavodunun tikintisi aparılır.


Diqqətə çatdırılıb ki, cari ilin birinci yarısında rayonda sənaye məhsulunun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 54 faiz artaraq 153.7 milyon manata çatıb. Sənaye müəssisələrində işləyənlərin sayı 8805 nəfər olub, çalışan işçilərin orta aylıq nominal əmək haqqı 39 faiz artaraq 463 manat təşkil edib.


2019-cu ilin ötən altı ayında vətəndaşların qəbulu və onların müraciətlərinin dinlənilməsi Rayon İcra hakimiyyətinin başçısı tərəfindən ciddi nəzarətdə saxlanılıb. Bu müddət ərzində rayonun kənd və qəsəbələrində 3500 nəfərə qədər rayon sakinin iştirakı ilə 17 səyyar qəbul-görüşlər keçirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top