ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq etdi

HADİSƏ 14 avq 2019, 19:13

ABŞ Ticarət Nazirliyi Ermənistan da daxil olmaqla bir neçə ölkənin özəl qurumlarına sanksiya tətbiq edib.

 

Ermənistanda fəaliyyət göstərən "Markel" və "Yerevan Telekommunikasiya Tədqiqat İnstitutu" qapalı səhmdar cəmiyyətləri də sanksiya siyahısına daxil edilib.
"Yerevan Telekommunikasiya Tədqiqat İnstitutu" QSC Ticarət Nəzarət Siyahısına daxil olan maddələri ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Departamentinin lisenziyası olmadan əldə edərək ixrac edib. Eyni anda həm "Yerevan Telekommunikasiya Tədqiqat İnstitutu" QSC-nin icraçı direktoru, həm də "Markel" QSC-nin prezidenti olan şəxs sanksiyalar siyahısında olan İran təşkilatı ilə işgüzar münasibətlər qurub", - deyə sənəddə qeyd olunur.


Ümumilikdə, ABŞ Ticarət Nazirliyi "milli təhlükəsizliyə və ya xarici siyasət maraqlarına zidd hərəkət edən" 17 müəssisəyə sanksiya tətbiq edib.


Bu müəssisələr Ermənistan, Belçika, Kanada, Çin, Gürcüstan, Honkonq, Malayziya, Niderland, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Böyük Britaniyada yerləşir. (APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top