Mənsimovun suya buraxdığı Rəsulzadə gəmisi qəzaya düşdü — SUDA BATIR (EKSKLÜZİV)

HADİSƏ 14 avq 2019, 00:27

Bu ayın əvvəlində suya buraxılan Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin adını daşıyan gəminin batması ilə bağlı xəbər yayılıb. 


Demokrat.az-ın əldə etdiyi məlumata görə, sözügedən gəmi İstanbul sahillərində "Doric Warrior" adlı gəmi ilə toqquşub. Toqquşma zamanı Rəsulzadənin adını daşıyan gəmi batmaq təhlükəsizlə üzləşib. 


Hazırda gəminin göyərtəsinin su aldığı və batmaq üzrə olduğu bildirilir. Hadisə ilə əlaqədar limanda digər gəmilərin işi dayandırılıb. 


İlkin ehtimallara görə, hadisəyə səbəb Məhəmmədəmin Rəsulzadənin adını daşıyan gəminin həddindən çox yüklü və köhnə olması olub. 


Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin adını daşıyan gəmi 21 ilin istehsalı olub. Sonradan həmin gəmi rənglənərək, ona Məhəmmədəmin Rəsulzadənin adı verilib. Ancaq “Palmali Group” şirkətlər qrupu sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun atası Əhməd Mahmudovun adına isə yeni gəmi hazırlayaraq, suya buraxıb. Bütün bu addımlarına görə “Palmali Group” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov sosial şəbəkələrdə ciddi tənqid olunub. 


Elçin Rizvanoğlu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top