Hərbiçilərimiz düşmənə əsl Qurban bayramı "hədiyyəsi" etdilər — SON DƏQİQƏ

HADİSƏ 12 avq 2019, 18:18

"Bir qədər əvvəl çox məlumatlı tanınmış dostlarımızdan biri hamımızı sevindirəcək, amma mənfur qonşularımızı məyus edəcək bir xəbər çatdırdı. Adəti üzrə bizim bədnam qonşularımız milli bayaramlarımızda çalışırlar ki, ordumuzun ön xəttində yerləşən əsgər və zabitlərimizin ovqatını korlasınlar. Bu dəfə də xaçiklər bir hoqqa çıxartmaq istəyiblər. Amma, onlar unudublar ki, bütün sutka ərzində göz qırpmadan düşmənin bütün hərəkətlərini uzaqdan və yaxından izləyən əsgərlərimiz düşmənə əsl Qurban Bayramı "hədiyyəsi" ediblər".


Demokrat.az xəbər verir ki, bu barədə hərbi ekspert, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş əməkdaşı, polkovnik-leytenant Üzeyir Cəfərov özünün feysbuk hesabında yazıb.


"Yəqin ki, yaxın saatlarda biz bu haqda Müdafiə Nazirliyimiz vasitəsiylə məlumat ala biləciyik. Hələliksə, onu qeyd edim ki, biz bu cür "qurbanlıqları" ilin 365 gününün yarısı qədər də olmasa, ən azından xeyli sayda etməliyik ki, erməni yaramazlar da, onlara açıq havadarlıq edən ruslar, amerikalılar və fransuzlar da başa düşsünlər ki, onsuz da son sözü AZƏRBAYCAN ƏSGƏRİ deyəcək. 


Hələliksə, ön xəttdə duran mərd əsgər və zabitlərimizə Uca Yaradandan möhkəm can sağlığı, səbr və təmkin arzulayıram. Bayramınız mübarək, Vətənin ən şərəfli ƏSGƏRLƏRİ!", - deyə Ü.Cəfərov bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top