Kamran Əsədov Azərbaycandan getdi — Xaricdə iş təklifləri alıb

HADİSƏ 11 avq 2019, 20:30

Azərbaycanda tanınmış təhsil eksperti Kamran Əsədov Türkiyə universitetlərindən iş təklifi alıb. 


Demokrat.az-ın məlumatına görə, bu barədə onun özü bildirib.


K.Əsədov hazırda Türkiyənin İstanbul şəhərində olduğunu, iş təklifini yaxın 10 gün içərisində dəyərləndirəcəyini söyləyib:


“Hələ ki burda sınaq müddətində işləyirəm, amma qərarı 10 gün sonra verəcəm... Layihələr var işləməyə. Onları həyata keçirmək üçün lazımi şərait və dəstək lazımdır. O da burda var”.


K.Əsədov deyib ki, İstanbulda gördüyü işləri Bakıda neçə universitetə təklif etsə də, qəbul edən olmayıb:


“Amma burda 1 günə 5 universitet qəbul etdi”.


Təhsil ekspertinin sözlərinə görə, Bakını tərk etməzdən öncə öz layihələri barədə müvafiq təşkilatlara, universitetlərə təkliflər verib:


“Dedim gələnə qədər düşünsünlər. Mən dəqiq olmağı sevirəm. Burda – Türkiyədə iş 100 faiz alındı. Yəni qala bilərəm. Amma vətən vətəndir. Hələ 15 gün də burda qalacam. Ayın axırı Bakıya dönəndə gedib onlara baş çəkəcəm, qəbul etsələr ölkəmdə qalacam, olmasa da burda”.(Modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top