Sexin dəmir darvazası yanğınsöndürənin üzərinə belə aşdı - VİDEO

HADİSƏ 11 avq 2019, 09:26

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhəri  18-ci mikrorayonda Süleyman Əliyevə məxsus mebel sexi yanıb.

 

Demokrat.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə yerinə gələn Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələrindən xəsarət alan var. Belə ki, yanan sexin dəmir darvazası yanğınsöndürənlərdən birinin üzərinə aşıb.Nəticədə həmin yanğınsöndürən onurğa sütunundan ciddi xəsarət alıb. O,ərazidə olan təcili tibbi yardım maşını ilə, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.


Bundan başqa yanğınsöndürənlərdən tüstüdən zəhərlənənlərin olduğu bildirilir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top