Bakıda kişi evlənmək üçün qaçırdığı xanımı ölümcül döydü

HADİSƏ 04 avq 2019, 10:04

Bakıda kişi on gün əvvəl evlənmək məqsədilə qaçırdığı xanımı ölümcül döyüb.

 

Hadisə paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində qeydə alınıb.

 

Belə ki, hələlik adı məlum olmayan şəxs 1999-cu il təvəllüdlü İbrahimova Suzanna Adil qızının baş nahiyəsinə yumruqla çoxsaylı zərbələr endirib. Aldığı zərbələrdən İ. Suzanna huşunu itirib.

 

Zərərçəkən hadisə yerinə çağrılan təcili tibbi yardım əməkdaşlarının köməkliyi ilə xəstəxanaya gətirilib. Həkimlərin müayinəsindən sonra 20 yaşlı gənc xanıma qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. (“Report”)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top