Falkao "Qalatasaray"la anlaşdı

İDMAN 30 iyl 2019, 20:04

"Monako"nun hücumçusu Radamel Falkao karyerasını Türkiyədə davam etdirməyə hazırlaşır.

 

İtaliya mətbuatına istinadən məlumatına görə, ulduz futbolçu "Qalatasaray"la danışıqları yekunlaşdırıb.

 

Məlumatda 33 yaşlı forvardın Türkiyə çempionu ilə hərtərəfli anlaşdığı və tərəflərin 3 illik müqaviləni razılaşdırdığı bildirilib. İndi yalnız "Monako"nun bu keçidə müsbət cavab verməsi qalıb.

 

Qeyd edək ki, 2013-cü ildən "Monako"da çıxış edən Radamel Falkao ötən mövsüm meydana çıxdığı 39 oyunda 16 qola imza atıb. (Matc.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top