"Prezidentin ölüm xəbərini yayanlara işgəncə verilsin" — Türkmənistanın şou nümayəndələri Berdiməhəmmədovun MÜDAFİƏSİNƏ QALXDILAR

MARAQLI 28 iyl 2019, 17:52

Türkmənistanda aktyor, müğənni və bloqerlər dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovun ölüm şayiələrinə inanmamağa səsləyən  videomüraciət buraxıblar.


Demokrat.az “Radio Azatlıx”-a istinadla bildirir ki, artistlərin sözlərinə əsasən, son zamanlar sosial şəbəkələrdə prezidentin ölümü ilə bağlı mötəbər olmayan xəbərlər yayılıb.


“Xahiş edirəm ki, bu söz-söhbətlərə inanmayın, hamısı yalandır”, - aktyor Yaqşı Qoşunov bildirib.


O qeyd edib ki,Türkmənistan prezidentinə şər atan böhtançılar lənətlənməli, sifətləri isə qızdırılmış dəmirlə yandırılmalıdır.


Oxşar videomüraciətlə müğənni Səlbi Tuvakqılıcova da çıxış edib. 


O bildirib ki, prezidentin vətən xainlərindən müdafiə olunacağına ümid edir.


Daha bir müğənni Beqmurad Amanqulıyev isə şayiələrin paxıl insanlar tərəfindən yayıldığını vurğulayıb.


Qeyd edək ki, daha əvvəl Rusiyanın bəzi mətbuat orqanları Q.Berdiməhəmmədovun ölüm xəbərini yaymışdı. Guya Aşqabaddan olan sahibkarlar bu barədə Avrasiya Problemləri Monitorinqi Mərkəzinin rəhbəri Aslan Rubayevə məlumat veriblər.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top