"Ərdoğanın oğlu məni görən kimi tanıdı" — Rəşid Mahmudov nazirə TƏŞƏKKÜR ETDİ (VİDEO)

MARAQLI 27 iyl 2019, 10:14

Tanınmış alim, tibb elmləri namizədi Rəşid Mahmudov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanla görüşündən danışıb. 


R.Mahmudov Demokrat.az-a açıqlamasında deyib ki, iyulun 26-da ilk dəfə olaraq Gədəbəy rayonunda Milli Yaylaq Festivalının təntənəli açılış mərasimi keçirilib. 


Onun sözlərinə görə, mərasimdə Bilal Ərdoğan da iştirak edib:

 


"Ərdoğanın oğlu məni görən kimi tanıdı. Görüşüb salamlaşdıq. Onun Gədəbəyə gəlişi çox qürurverici hadisə idi. Bilirsiniz ki, Gədəbəy işğalçı Ermənistanla sərhəddə yerləşir. Yaylaq Festivalı keçirilən ərazidən bizim qədim torpaqlarımız - Göyçə mahalı və gölü görünür. Çox təəssüf ki, indi o torpaqlara gedə bilmirik. Ancaq əminəm ki, ermənilər Gədəbəydə təşkil olunan bu Festivalın səs-sədasını duyublar. Onların paxıllıqdan bağrı çatlayır. Bu Festival cənab İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə Türk dünyasının birləşməsi üçün ilkin və ən vacib addımlardan biri kimi tarixə düşəcək. Ərdoğanın oğlunun Gədəbəyə səfəri də düşmənlərə bir mesaj oldu. O və digər qonaqlar ox atdılar, Festivalı izlədilər. Düşmənə bundan təsirli mesaj ola bilərmi?!".

 


Tanınmış alim Milli Yaylaq Festivalının yüksək səviyyədə təşkil olunmasına görə başda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva olmaqla kənd təsərrüfatı naziri İnam Kərimova da təşəkkür edib:

 


"Gədəbəydən olan alim kimi Milli Yaylaq Festivalına mən də dəvət olunmuşam. Buna görə görə hörmətli kənd təsərrüfatı nazirimiz İnam Kərimova dərin təşəkkürümü bildirirəm. O, çox bacarıqlı və savadlı nazirdir. Gözəl təşkilatçılıq bacarığı var. Onun sayəsində Festivala hazırlıq işləri çox yüksək səviyyədə təşkil olunub. Mən neçə gündür ki, Gədəbəydəyəm. İnanın ki, İnam Kərimov gün ərzində 4-5 dəfə Festival keçirilən əraziyə gəlib baxır, hazırlıq işləri ilə yerində maraqlanır, gözəl ideyalar verir. Nəticədə də bu cür möhtəşəm tədbir ərsəyə gəldi. Festivala qatılmaq üçün xarici ölkələrdən Gədəbəyə minlərlə qonaq gəlib. Onların hər biri Festivaldan razı qalırlar".

 

 

Video "Riatv.press"dən götürülüb

 


Zaur Hacılı
Demokrat.az

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top