“Qəbələ” Avroliqaya məğlubiyyətlə başladı

İDMAN 25 iyl 2019, 22:18

Bu gün futbol üzrə Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilir.

 

Bu mərhələdən mübarizəyə qoşulan "Qəbələ" yeni mövsümdə ilk rəsmi oyununa çıxıb.

 

"Qırmızı-qaralar" Gürcüstan “Dinamo”su ilə görüşüb. Sənan Qurbanovun yetirmələri 4 il əvvəl yarışdan kənarlaşdırdıqları rəqibi ilk olaraq Qəbələdə qəbul edib. Bölgə təmsilçisi yay fasiləsində heyətində ciddi dəyişikliklər etməsinə və daha çox öz yetirmələrinə güvənməsinə baxmayaraq, Tbilisi klubunu keçmək iddiasındaydı.

 

Bunun üçün Qurbanovun yetirmələri əvvəlcə doğma arenada qol buraxmadan qalib gəlməli idi. Amma təəssüf ki, "Qəbələ" bu oyunda 2 cavabsız qolla məğlub olub.

 

Avropa Liqası

II təsnifat mərhələsi, ilk oyun

25 iyul

“Qəbələ” – “Dinamo” 0:2
Qol:
L.Kutaliya, 41. A.Daffe, 87.
Hakimlər: Nikolas Uolş, Alan Malvanni, Cordan Stokoe, Qavin Dunkan (hamısı Şotlandiya)
Hakim-inspektor: Quy Qutals (Belçika)
UEFA nümayəndəsi: Mixalis Mítas (Kipr)
Qəbələ şəhər stadionu

 

"Qəbələ" (Azərbaycan): 1. Anar Nəzirov, 2. Amin Seydiyev, 3. İvitsa Yuniç, 5. Rasim Ramaldanov, 74. Yusif Nəbiyev, 8. Qismət Aliyev, 21. Fernan Lopes, 77. Merab Qiqauri, 9. Davit Volkov, 10. Bauku Klesio, 14. Ülvi İsgəndərov

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 11. Asif Məmmədov, 13. Kristian Koaku, 19. Rövlan Muradov, 28. Murad Musayev

Məşqçi: Zaur Həşimov

 

"Dinamo" (Gürcüstan): 1. Xose Perales, 3. Viktor Monqil, 5. Davit Koburi, 16. Giorgi Kimadze, 24. Nodari İaşvili, 8. Giorgi Kuxianidze, 15. Giorgi Papava, 32. Nika Ninua, 10. Levan Şengeliya, 19. Levani Kutalia, 38. Nodar Kavtaradze

Ehtiyat oyunçular: 12. Sergey Litovçenko, 2. Qudja Rukaya, 6. Bakar Kardava, 7. Giorgi Zariya, 9. Kvame Karikari, 11. Akaki Şulaya, 14. Arfanq Daffe

Baş məşqçi: Feliks Visente Miranda

 

(Matc.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top