Ayda nəhəng su ehtiyatları tapıldı

MARAQLI 24 iyl 2019, 23:28

Kaliforniya Universitetinin əməkdaşları çox əhəmiyyətli faktı üzə çıxarıb. Məlum olub ki, Ayın səthində düşündüyümüzdən də çox su var.


Demokrat.az xəbər verir ki, Yerin peykində nəhəng su ehtiyatları tapılıb. Sadəcə, ehtiyatlar buz halındadır.


Mütəxəssislər "Messenger” kosmik aparatı ilə müşahidə apararkən Merkuridə belə buz qatları görmüşdü. Oxşar qatlar Ayda da nəzərə çarpıb. Ayda bu cür kraterlərin sayı Merkuridən də çoxdur. Alimlər Merkuridə 2 min krateri tədqiq etmişdi. Ayda onların sayı 12 minə çatır.


Beləcə, Ayda milyon tonlarla buz qatlarının olduğu dəqiqləşib.(Bizimyol.info)

DİGƏR XƏBƏRLƏR

Top