KİVDF tədbirlərini bu restoranda təşkil edəcək — Tenderin yeni qalibi məlum oldu (FOTO)

MARAQLI 21 iyl 2019, 12:06

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) 22 iyul Milli Mətbuat Günü münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması və bayram tədbirinin təşkili xidmətlərinin satın alınması məqsədilə açıq tender elan edib. 


Demokrat.az xəbər verir ki, tenderin elanı 16 may - 31 may 2019-cu il tarixlərdə "Xalq qəzeti"də verilib. 


Eyni zamanda "www.tender.qov.az" saytında da yerləşdirilib.


Saytda yerləşdirilən məlumatda qeyd olunur ki, açıq tender proseduru 5 iyul 2019-cu il tarixdə başa çatıb, lot-5 üzrə qalib elan edilmiş fiziki şəxs-Həsənəliyev Hatif Həsən oğlu ilə 17 iyul 2019-cu il tarixdə 38530.08 (otuz səkkiz min beş yüz otuz manat səkkiz qəpik) məbləğində satınalma müqaviləsi bağlanıb. 

 

Image result for Altun saray


Demokrat.az tenderin qalibi olmuş Həsənəliyev Hatif Həsən oğlu haqqında internetdə kiçik araşdırma aparıb. Araşdırma zamanı məlum olub ki, Həsənəliyev Hatif Həsən oğlu paytaxtın Nizami rayonu, Mikayıl Əliyev küçəsində fəaliyyət göstərən "Altun" şadlıq sarayının sahibi olan iş adamıdır. 


Qeyd edək ki, indiyədək KİVDF tədbirlərini daha çox iş adamı-iqtisadçı ekspert Mürvət Həsənliyə məxsus olan "Xəmsə" restoranında təşkil edib. Ancaq Fond əvvəllər bir neçə dəfə "Altun" şadlıq sarayında da tədbirlərini keçirib. 


Zaur Hacılı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top