İlham İsmayılov: "Türkiyənin ayağına dəyən daş bizim ürəyimizə dəyir" — FOTOLAR

MARAQLI 16 iyl 2019, 17:09

Türkiyə Cümhuriyyəti İğdır valisi Enver Ünlünün dəvəti ilə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədi, Azərbaycan Mətbuat Şurasının İdarə heyətinin üzvü İlham İsmayılov, İstanbul Türkiyə Azərbaycan Dərnəyinin sədri Səfər Karakoyunlu, tanınmış sənətçi Şəmistan Əlizamanlı, ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin İğdırda təşkil olunmuş "15 iyul milli birlik və demokratiya günü" adlı silsilə tədbirlərdə iştirak ediblər. 


Demokrat.az xəbər verir ki, tədbirdə öncə 2016-cı ildə Türkiyədə baş vermiş 15 iyul qiyama cəhd hadisələrində şəhid olmuş 241 nəfərin xatirəsinə dualar oxunub, o dəhşətli gecədə baş verən olaylar bir daha xatırlanıb.


İğdır valisi Enver Ünlü çıxışında 15 iyul 2016-cı ildə baş verən hadisələrdə Türkiyə xalqına və dövlətinə qarşı xəyanətin baş verdiyini qeyd edərək bildirib ki, Türk xalqı hər zaman olduğu kimi həmin gün də öz dövlətinin yanında olub, dünyəviliyi və demokrratiyanı hər şeydən üstün tutub. 


Daha sonra İğdır valiliyinin önündə təşkil olunmuş və bütün xalqa açıq olan toplantıda şəhidlərin xatirəsinə yazılmış seirlər oxunub.


Türkiyədə xüsusilə "Diriliş Ərtoğrul" dizisində "Ozan" obrazını canlandıran, vətənpərvərlik mahnıları ilə məhşur olan Şəmistan Əlizamanlının çıxışı tədbirə yeni bir ruh qatıb. Onun türk millətinin, onun bayrağının şəninə oxuduğu mahnıları hər kəs ayaqüstə dinlənib.


ATXƏM-in sədri İlham İsmayılov çıxışında bildirib ki, Azərbaycan tarix boyu hər zaman Türkiyənin yanında olub: 


"Üç il əvvəl Türkiyəyə qarşı baş verən məlum hadisələr zamanı da Prezident İlham Əliyev Azərbaycan xalqı adından tükiyəli qardaşlarımızın və Türkiyə dövlətinin yanına olduğunu bəyan edib. Biz bu gün də yənə sizlərlə birlikdəyik, sizlərin yanındayıq. Çünki biz bir millətik. Türkiyənin ayağına dəyən daş bizim ürəyimizə dəyir".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top