Sabirabadda mərkəzi bazar yanır – FHN səfərbər oldu

HADİSƏ 16 iyl 2019, 08:47

Sabirabad şəhərinin İlham İsgəndərov küçəsində yerləşən mərkəzi bazarında böyük yanğın baş verib.

 

Hadisə yerinə qonşu rayonlardan da daxil olmaqla FHN-nin 12 yanğınsöndürən maşını və xeyli sayda canlı qüvvəsi cəlb olunub.

 

İlkin məlumata görə, “Əmin” marketdə başlanan yanğın sonradan genişlənib və böyük ərazini əhatə edib.

 

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.(oxu.az)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top