Qaradağdakı yanğınla bağlı RƏSMİ AÇIQLAMA (YENİLƏNİB)

HADİSƏ 15 iyl 2019, 21:01

Qaradağ rayonu, Mirzə Ələkbər Sabir küçəsində yerləşən “Elit” ticarət və əyləncə mərkəzində baş vermiş yanğınla bağlı Föqəladə Hallar Nazirliyi (FHN) açıqlama yayıb.


FHN-dən Demokrat.az-a bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Qaradağ rayonunda yanğın olması barədə məlumat daxil olub. 


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.


İlkin məlumata əsasən dağlıq ərazidə 100 m2 sahədə məişət və təkər tullantıları yanıb.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


17:57


Bakıda ticarət və əyləncə mərkəzində yanğın başlayıb.


Hadisə Qaradağ rayonu, Mirzə Ələkbər Sabir küçəsində yerləşən “Elit” ticarət və əyləncə mərkəzində qeydə alınıb.


Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunub.


Yanğının qarşısının alınması üçün tədbirlər görülür.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top